Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 13:25

215 kənd keyfiyyətsiz su içir


Su

Azərbaycanın su mənbələrindəki mövcud vəziyyətlə bağlı açıqlama yayılıb.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov danışıb.

Z.Kazımovun bildirməsinə görə, sudan götürülmüş nümunələrdə xoşagələn və xoşagəlməz hallar müşahidə olunub.

Z.Kazımov deyib ki, ölkənin 215 kəndində quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin həm fiziki-kimyəvi, həm də bakterioloji tərkibindəki nöqsanlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib: «Son 5 ildə respublika ərazisində bulaq və yeraltı artezian suların müayinələri ilə əlaqədar araşdırma aparılır, nümunələr götürülür. Bu nümunələrdə də təqdirəlayiq nəticələr əldə olunmayıb. Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG