Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

ADO teatrı aktyor Ramiz Məliki və rejissor Əlif Cahangiri məhkəməyə verir


Müstəqil teatr ADO-nun emblemi.
Müstəqil teatr ADO-nun emblemi.

ADO 300 min manat təzminat tələb edir: “Üzr istəməlidirlər”

Xəbər verildiyi kimi müstəqil ADO teatrı Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məliki və həmin teatrın rejissoru Əlif Cahangiri məhkəməyə verir. Bu barədə Oxu Zalına ADO teatrının meneceri Kamal Aken məlumat verib.

Buna da bax: Binadan binaya "sürgün" edilən "ADO" teatrının hələ yaşamağa səbəbləri var

Onun sözlərinə görə, məsələ ilə bağlı hətta Daxili İşlər Nazirliyinə (DİN) də müraciət olunub: “Bu məsələdə teatrı hüquqşünas Samirə Ağayeva təmsil edir. Vəkil ADO teatrının rəhbəri və əməkdaşlarına qarşı Akademik Teatrın rejissoru Əlif Cahangirlinin təhdidləri ilə bağlı DİN-ə müraciət ünvanlayıb. Ümid edirik ki, yaxın günlərdə müraciət araşdırılacaq”.

Teatrdan bildirilir ki, artıq məhkəmə sənədlərinin də hazırlanması yekunlaşıb: “Akademik teatrın aktyoru Ramiz Məlik və teatrın rejissoru Əlif Cahangir Facebook sosial şəbəkəsində ADO teatrının və teatrın rəhbərinin ünvanına təhqiramiz fikirlər səsləndiriblər. Daha sonra Əlif Cahangirli media vasitəsilə yazı yazaraq təhqirlərini davam etdirib. Vəkil hesab edir ki, bütün bunlar teatrın imicinə, onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirir, bütün bu təhqirlər şərəf və ləyaqətin alçaldılmasına yönəlib. Məhkəmə iddiasında “üzr istəmək” tələbi ilə yanaşı dəymiş mənəvi ziyana görə 300 min manat təzminat tələbi də irəli sürülüb. Baş vermiş məsələdə aktyorların heysiyyatına toxunulub və mülki qaydada qaldırılmış işdə qanun çərçivəsində cəzanın kəsilməsinə nail olacağımıza inanırıq. Toplanmış faktlar da iddia ərizəsinə əlavə olunub. Biz hesab edirik ki, bütün bu məsələlərin arxasında Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov dayanır”.

Buna da bax: E. Bədəlov: İndi də AzDramanı ölüxanaya çevirirlər

Qeyd edək ki, bir neçə gün bundan öncə Akademik Milli Dram Teatrının əməkdaşları Facebook sosial şəbəkəsi və media vasitəsilə ADO teatrına, teatrın rəhbəri və əməkdaşlarına qarşı təhqiramiz fikirlər səsləndiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG