Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:24

Cəbhədə snayperlər işə düşüb


Qarabağda erməni əsgər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 47 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı kəndi, Berd rayonundan da Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq və Koxanəbi kəndləri atəşə tutulub.

Bundan başqa, Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Multimedia

XS
SM
MD
LG