Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 16:33

Fuad Əhmədlinin şikayəti təmin olunmadı


Fuad Əhmədli

Bakı Apellyasiya Məhkəməsi yanvarın 16-sı AXCP fəalı Fuad Əhmədlinin həbs müddətinin martın 12-dək uzadılmasından verilmiş şikayəti təmin etməyib.

Bu haqda gəncin vəkili Əsabəli Mustafayev xəbər verib.

Ə.Mustafayev gəncin həbsdə saxlanmasının əsassız olduğunu bildirib. Vəkil F.Əhmədlinin səhhətində problemlər olduğunu və istintaq təcridxanasında onun müalicəsinə şərait olmadığını qeyd edib.

Vəkil iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini söyləyib.

Bu ilin əvvəlində gəncin həbs müddəti martın 12-nə kimi uzadılmışdı.

XATIRLATMA

F.Əhmədliötən il avqustun 18-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələriylə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Hazırda ABŞ-da yaşayan F.Gülen ötən il iyulun 15-i Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. F.Gülen-in özü isə bu iddiaları yalanlayıb.

Azərbaycan hüquq-mühafizə orqanları bəyan ediblər ki, F.Gülen-in tərəfdarlarının üzə çıxarılmasında Türkiyə hökumətinə dəstək verəcəklər.

AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub.

XS
SM
MD
LG