Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyun, şənbə, Bakı vaxtı 07:58

2016-cı ildə ölkədəki pərakəndə ticarət şəbəkələrində 30.2 milyard manatlıq mal satılıb. Bu, əvvəlki illə müqayisədə 1.5 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, istehlakçılar 15.1 milyard manatlıq ərzaqalıb. Beləliklə, 2015-ci ilə nisbətən 2.1 faiz çox ərzaq məhsulları, içkilər, tütün məmulatları, 0.8 faiz isə çox qeyri-ərzaq məhsulları satılıb.

Xərclənən vəsaitin 49.9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf olunub

Bundan başqa, 17.4 faizi toxuculuq məhsullarına, geyimlərə, 6.3 faizi elektrik mallarına, mebellərə, 5.6 faizi avtomobil yanacağına, 1.4 faizi də əczaçılıq və tibb mallarına sərf edilib. Habelə, 0.8 faiz kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarına, 18.6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına xərclənib.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261 manat təşkil edib. Bu da 2015-ci ilin eyni göstəricisindən nominal ifadədə 36.1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130.3 manatlıq ərzaq məhsulları, içkilər, tütün məmulatları, 130.7 manatlıq da qeyri-ərzaq məhsulları alıb.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən iki dəfə dəyər itirib. 2016-cı ildə isə 1 dollar 1 manat 55 qəpikdən 1 manat 77 qəpiyə yüksəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG