Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 12:45

Cəbhəçi gənc cərimə kamerasından çıxarılıb


Fuad Əhmədli

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Fuad Əhmədlidən xəbər var. Onun yanvarın 13-ü cərimə kamerasından (karser) çıxarıldığı , aclıq aksiyasını isə dayandırdığı bildirilir.

Bu haqda gənc fəalın atası Zəfər Əhmədli məlumat verib:

“Fuaddan hamıya salam var. Saat 12-də karserdən çıxdı, aclığı bu gündən dayandırdı, bir az zəifləyib. Amma ruhən bütün cəbhəçi gənclər kimi möhkəmdir. “Yola davam” dedi, daha bilmirəm sizin dilinizdə bu nə deməkdi, özünüz bilərsiniz”,- deyə təbəssümlə Zəfər Əhmədli bildirib.

Buna da bax:​ Cəbhəçi gənc ad gününü ac, soyuq kars kamerasında keçirib

Fuad Əhmədlinin yanvarın 8-də 5 günlük cərimə kamerasına salındığı bildirilirdi. Vəkilinin deməsinə görə, buna onun kamera yoldaşı ilə mübahisə etdiyi səbəb göstərilib. Ad günündə cərimə kamerasına salınan gənc aclıq aksiyasına başladığını bildirmişdi. Vəkilinin deməsinə görə, ona heç zəruri əşyalarını belə cərimə kamerasına aparmağa imkan verməmişdilər.

Vəkilin açıqlamasına Penitensiar Xidmət heç bir münasibət bildirməmişdi.

Xatırlatma

F.Əhmədli ötən il avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax: Daha bir AXCP fəalının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülenin çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb.

Buna da bax:​ Fuad Ədmədlinin ailəsinin pensiya kartı qaytarılmır

Hazırda ABŞ-da yaşayan Fetullah Gülen ötən il iyulun 15-i Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. F.Gülenin özü isə bu iddiaları yalanlayıb. Azərbaycan hüquq mühafizə orqanları bəyan ediblər ki, F. Gülenin tərəfdarlarının üzə çıxarılmasında Türkiyə hökumətinə dəstək verəcəklər.

AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG