Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:52

XİN KVN-ə etiraz edir


XİN

«Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən «С хлебом и солью» və «DeleYaman» KVN komandalarının Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edilməsindən təəssüfümüzü və narazılığımızı ifadə edirik».

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 13-də yaydığı bəyanatda belə yazılır.

Bəyanatda vurğulanır ki, bu, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.

XİN hesab edir ki, «КВН» Beynəlxalq İttifaqı həmin komandaların iştirakına şərait yaratmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına qeyri-dost hərəkət nümayiş etdirir.

Bəyanatda həmçinin bildirilir ki, bu addım qondarma rejimin, separatizmin təbliğinə və təşviqinə xidmətdir.

28-ci Beynəlxalq KVN festivalı yanvarın 10-dan 23-ə kimi Rusiya Federasiyasının Soçi şəhərində keçirilir.

XS
SM
MD
LG