Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 04:21

Poroshenko Odessa vilayətinə yeni qubernator təyin etdi


Petro Poroshenko və Maksim Stepanov

Ukrayna prezidenti Petro Poroshenko Maksim Stepanovu Odessa vilayətinə qubernator təyin edib.

Bu barədə yanvarın 12-də “Dumskaya.net” saytı məlumat yayıb.

Yeni qubernatoru vilayət dövlət administrasiyasının əməkdaşlarına şəxsən prezidentin özü təqdim edib.

Stepanov bunadək 5 il ərzində yeni Ukrayna pasportu da daxil olmaqla, biometrik sənədlər buraxan poliqrafik kombinatın direktoru olub.

Qeyd edək ki, bundan əvvəlki qubernator Mikheil Saakashvili ötən ilin noyabrında istefa verib.

Saakashvili, Poroshenko və onun yaxın ətrafını korrupsiyada, cinayətkar klanların başında durmaqda ittiham edir.

Saakaşvili istefadan sonra siyasi mübarizəni davam etdirmək üçün yeni siyasi partiya yaradıb.

Keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili bu vəzifəyə 2015-ci il mayın 30-da təyin edilmişdi.

Bunadək o Ukrayna vətəndaşlığı alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG