Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Müdafiə naziri cəbhə xəttində [fotolar]


Yanvarın 12-də müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyi xəbər verir ki, O, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrində qarşı tərəfin mövqelərini müşahidə edib.

Şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə növbətçiliyi yoxlayan nazir hərbi qulluqçuların mənəvi-psixoloji hazırlıq və sosial-məişət şəraiti ilə maraqlanıb.

Buna da bax:​ Müdafiə Nazirliyi 2016-cı ilə yekun vurur

Nazirə ön xətdə yerləşən bölmələrin içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunduğu haqda məlumat verilib.

Nazirlik rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərdən birində yerli sakinlərlə də görüşüb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Buna da bax: Ekspert: 'Hərbçilərin sosial təminatında böhran güclənəcək'

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Ötən ilin aprel döyüşlərindən sonra Azərbaycan müdafiə naziri tez-tez cəbhə bölgələrinə səfərlər edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG