Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 23:40

Səid Dadaşbəylinin azadlığa buraxılması istənilir


Səid Dadaşbəyli

“10 il ciddi rejimli cəzaçəkmə müəssisələrində saxlanan Səid Dadaşbəyli və onunla birgə həbs edilmiş şəxslərin səhhətlərində ciddi problemlər yaranıb. Onların bəzilərinin valideynləri bu ara vəfat edib, ailələri maddi və mənəvi sıxıntılarla üz-üzə qalıblar. Bu iş üzrə həbs edilən şəxslər mümkün hüquqi mexanizmlər tətbiq edilməklə azadlığa buraxılmalıdırlar”.

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun yanvarın 12-də yaydığı bəyanatda belə yazılır.

Buna da bax:​ Səid Dadaşbəylinin apellyasiya şikayəti təmin edilməyib

İşçi Qrup hesab edir ki, onlar ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dövlət çevrilişinin qarşısının alınması kimi təqdim etdiyi qurama cinayət işinin qurbanlarıdır.

Cinayət işinin siyasi motivli olması

“Elan olunan ittihamlar həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı sübuta yetirilməyib. Çoxsaylı faktlar bu cinayət işinin siyasi motivli olması qənaətinə gəlməkdən ötrü ciddi əsaslar verir”, deyə sənəddə qeyd edilir.

Bəyanatda bildirilir ki, məhkəmə zamanı təqsirləndirilən şəxslərin prosessual hüquqlarının pozulması, MTN-də saxlandıqları zaman işgəncə və qeyri-insani rəftara məruz qalmaları, yaxınlarının davamlı hədələnməsi barədə əsaslı iddialar var.

Buna da bax: Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?

Hakim Ənvər Seyidov etiraf edərək bildirib ki...

“Bu işdə MTN-in neqativ rolunu həmin məhkəmə işində sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov 2016-cı ilin noyabrında mətbuata verdiyi müsahibəsində etiraf edib. O, bildirib ki, bu şəxsləri MTN tutduğu və cinayət işinin istintaqını həmin qurum apardığı üçün məhkəmənin bu işdə istintaqın mövqeyindən fərqli nəticəyə gəlməsi mümkün deyildi”, deyə bəyanatda bildirilir.

XATIRLATMA

Səid Dadaşbəyli, Fərid Ağayev, Ceyhun Əliyev, Rəşad Əliyev, Mikayıl İdrisov, Cahangir Kərimov, Rasim Kərimov, Samir Qocayev, Bəybala Quliyev və Emil Möhbalıyev 2007-ci ilin yanvarında həbs ediliblər. Onlar dövlət çevrilişi, terrorçuluq, qanunsuz silah və narkotik maddə saxlama cinayətlərində ittiham olunaraq 12, 14 il arası azadlıqdan məhrum ediliblər.

Buna da bax:​ Səid Dadaşbəylinin dəstəsinə yenidən məhkəmə qurulsun

2017-ci ilin yanvarın 13-də onların məhkumluq həyatının 10 ili tamam olacaq.

Onları İşçi Qrup siyasi məhbus kimi tanıyıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bundan sonra nazirliyin 20-yə qədər yüksək çinli əməkdaşı istintaqa cəlb edilib. Onlar vəzifə səlahiyyətlərini aşma, hədə ilə rüşvət tələb etmə və daha bir çox ağır cinayətlərdə ittiham edilirlər.

2015-ci ilin dekabrında isə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

Buna da bax: İşçi qrupu: «O siyahıların heç bir əhəmiyyəti yoxdur»

Bu qurumun bazasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG