Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:15

İşçi qrupu: «O siyahıların heç bir əhəmiyyəti yoxdur»


6 saylı kolon
6 saylı kolon

«Çoxunun çörəyi «siyasi məhbus» siyahısından çıxır»

103 nəfərlik siyasi məhbus siyahısı açıqlanıb. «Nədirsə, bu siyahılar hər zaman çoxalmağa doğru gedir»

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 103 siyasi məhbusdan ibarət yeni siyahı açıqlayıb.

Martın 17-də əfv edilmiş 14 ictimai fəalın, həmçinin, çəza müddəti şərti cəza ilə əvəzlənən 6 nəfərin adı yeni siyahıdan çıxarılıb. İndi siyahıda 8 jurnalist və bloqqerlərin, müxalifət fəallarının adları, «Səid Dadaşbəylinin işi», İslam Partiyasının lideri Mövsüm Səmədovun işi üzrə həbs olunanlar, «hicab məhbusları» adlandırılanlar, nurçular, ilahiyyatçılar və başqaları da var. «Nardaran hadisələri» üzrə ittiham edilən daha 25 yeni ad da siyahıdadır.

Nardaranlıların həbs müddəti artırılıb

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov deyir ki, sonuncular siyahıya Avropa Konvensiyasının 2 (işgəncələrə qadağa), 6 (ədalətli məhkəmə çəkişməsi hüququ), 9 (fikir, vicdan və din azadlığı) və digər maddələrinin pozulması ilə bağlı daxil ediliblər:

«Nardaran hadisələri hamının yadından tamamilə çıxıb. Bir günün içində 70-ə yaxın adam həbs eləmişdilər. İndiyə kimi onlar haqda ictimaiyyətə məlumat verilmir. Həbs müddətləri də artırılıb. Siyahıya hələ 70 nəfərdən 25-nin adı salınıb. Onların həbs, məhkəmə, müdafiə prosesində haqları kobud şəkildə pozulub. Əksəriyyətinin heç vəkili də olmayıb. Həbs edilənlərin arasında elə adamlar var ki, heç həmin vaxt Nardaranda da olmayıblar, heç bir qarışacaqları da olmayıb, ancaq həbs ediliblər».

103 nəfərin adı hansı meyarla siyahıya salınır?

Azerbaijan – Novella Jafaroglu, president of the Society for protection of women's rights, 10Dec2009
Azerbaijan – Novella Jafaroglu, president of the Society for protection of women's rights, 10Dec2009

Hakimiyyət nümayəndələri və vətəndaş cəmiyyəti üzvlərindən ibarət İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyir ki, yeni siyahıdan xəbəri var. Ancaq siyahıdakıların hamısını «siyasi məhbus» saymırlar:

«103 nəfərin adını hansı meyarla siyahıya salırlar, bilmirəm. Sözsüz, Nardaranda tutulanları da müdafiə etmək lazımdır ki, məhkəmələri düzgün getsin. Amma biz onları siyasi məhbus siyahısına salmırıq. Onlar salıblar, yolları açılq olsun. Bizim siyahıda 7 nəfər və 5 nəfər də keçmiş XTPD-çi var. Onlardan başqa «Səid Dadaşbəylinin işi» ilə bağlı siyahı da var. Onlar 9 ildir həbsdədirlər. Biz çalışırıq ki, məhkəməylə, ya da əfvlə, dialoq yoluyla hamısı azadlığa çıxsın».

«Çoxlarının çörəyi bu siyahılardan çıxır»

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, məhbusların azadlığa çıxması məsələsi müzakirə olunanda hansısa siyahılar əsas götürülmür:

«Bizim üçün siyahı yox, ayrı –ayrı şəxslər ciddi qəbul olunur. Bir məsələ də var ki, bu siyahı hər zaman çoxalmağa doğru gedir. Çoxlarının da çörəyi bu siyahılardan çıxır. Hər kəsi şəxs olaraq qiymətləndirmək lazımdır – həmin şəxsin fəaliyyəti, fərdi keyfiyyətləri və sairə nəzərə alınmalıdır. Bizdə humanitar yanaşma əsas götürülür. Ona görə o siyahıların heç bir əhəmiyyəti yoxdur».

Azərbaycanda «siyasi məhbus» siyahısı uzun illər müzakirə və mübahisə məsələsi olub. Azad olunanların və yenilərin həbsilə müxtəlif illərdə həmin siyahıdakı məhbusları sayı 80-140 arasında dəyişib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu şəxslərin siyasi motivlərlə həbs olunduğunu iddia edir. Hakimiyyət təmsilçiləri isə «siyasi məhbus» anlayışını rədd edir, hər kəsin törətdiyi cinayətə görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG