Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:00

AZAL Bakı-Gəncə aviareysini bağladı


AZAL

«Azərbaycan Hava Yolları» QSC (AZAL) bu il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib.

Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Dövlət şirkətinin rəsmisi deyib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir.

AZAL Bakı-Gəncə-Bakı reysini ilk dəfə deyil ki, ləğv edir.

2015-ci ildə də analoji qərar verilmişdi. O zaman da qərar reyslərin kommersiya baxımından qazanclı olmaması ilə əsaslandırılmışdı.

2016-cı ildən reys yenidən bərpa olunmuşdu.

Gəncəyə təyyarə bileti 30 manatdan yuxarı idi. Uçuşlar hər gün həyata keçirilirdi.

Multimedia

XS
SM
MD
LG