Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 22:21

Yanvarın 11-i Bakıda 31 yaşlı, üç uşaq anası Vüsalə Məmmədovanın qasıq yırtığı (qrija) əməliyyatı zamanı vəfat edib.

Onun 5 saylı xəstəxanada əməliyyat olunduğu bildirilir.

V.Məmmədovanın həyat yoldaşı Şaqif Məmmədov yerli saytlara açıqlamasında ölümə görə həkimləri günahlandırıb: «Hərə bir söz deyir. Gah deyirlər, damarı zədələnib, gah deyirlər, narkoz zamanı keçinib».

Cərrah Anar Mehdiyev isə criminal.az saytına açıqlamasında bildirib ki, hazırda prokurorluq araşdırma aparır. Ekspert rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq.

Həkimin sözlərinə görə, ölüm hadisəsində həkim səhlənkarlığından söhbət gedə bilməz: «Əməliyyat zamanı qanaxma baş verməyib. Xəstə əməliyyat olunduqdan bir saat sonra vəziyyəti pisləşdi və bioloji ölüm baş verdi. Ehtimal edirik ki, trobdan ölüm baş verə bilər. Ancaq mənşəyi bilinməyən başqa xəstəliklərindən də olması mümkündür. 15-20 dəqiqəlik əməliyyat idi...».

SƏHİYYƏ NAZİRLİYİ NƏ DEYİR?

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov da Qafqazinfo-ya təsdiq edib ki, Vüsalə Məmmədova yanvarın 11-i günorta saat 1 radələrində vəfat edib: «Mərhumənin ölüm səbəbi patoloji anatomiya ekspertizasından sonra məlum olacaq. Ekspertizanın nəticəsi iki həftə ərzində açıqlanacaq».

Azərbaycanda son vaxtlar həkim məsuliyyətsizliyi ilə bağlı şikayətlər daha çox eşidilir. Müstəqil ekspertlər də insanların müalicə məqsədilə xarici ölkələrə getməsini Azərbaycanda tibbi xidmətin aşağı səviyyədə olması və rüşvətxorluqla izah edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG