Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:30

Obamanın prezidentliyi Azərbaycana nə verdi? Trumpdan nə gözləyirlər?


Obama
Obama

Barack Obama doğma şəhəri Çikaqodakı McCormick mərkəzində ABŞ prezidenti kimi vida çıxşını edib. Prezident uzun sürən alqışları əlinin işarəsi ilə dayandırmağa çalışıb və deyib ki, “daha məni sayan yoxdur…”

Obamanın prezidentliyi Azərbaycana nə verdi? Yeni seçilən ABŞ prezidenti Donlad Trump da yanvarın 11-də mətbuat konfransı keçirir. Trumpın prezidentliyindən Azərbaycan nə gözləyir?

Siyasi şərhçi Gültəkin Hacıbəyli deyir ki, demokratiyanın təmsilçisi kimi görünən Barak Obama nə qədər idealist olsa da bir çox qərarların qəbulunda qətiyyətsizliyi ilə yadda qaldı. Gültəkin Hacıbəyli buna misal olaraq Obamanın Suriya uğursuzluğunu misal çəkir. Onun sözlərinə görə bu uğursuzluq bütün bölgəyə o cümlədən Azərbaycana da təsir göstərdi.

Gültəkin Hacıbəyli deyir ki, Azərbaycanda ən sərt repressiyalar Obamanın prezidentliyi dövrünə təsadüf etdi. Onun fikrincə Obama demokratiya yolunda irəliləmək istəyən cəmiyyətə ciddi dəsttək ola bilmədi. Trumpa gəldikdə isə Gültəkin Hacıbəyli deyir ki, o sirli bir şəxsiyyətdir. Siyasi şərhçi deyir ki, onun hansı addımlar atacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir.

Gültəkin Hacıbəyli: "Azərbaycanda ən sərt repressiyalar..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00
Direct-ə keçid

Politoloq Zərdüşt Əlizadə isə bildirir ki, Azərbaycan hökumətinin bir siyasəti var. Zərdüşt Əlizadə deyir ki, Azərbaycan hökuməti bildirir ki, mənə toxunmayın, mən öz ölkəmin içində nə istəyərəm onu da edərəm. Politoloq bildirir ki, hər bir dövlət daha çox öz maraqlarının təmini üçün çalışır. Onun fikrincə, Obamanın dövründə Azərbaycanla Amerikanın münasibətləri necə olmalı idisə, elə o cür idi.

Zərdüşt Əlizadə deyir ki, Azərbaycanda demokratiyanın olub-olmaması Amerikanı maraqlandırmır. Onun sözlərinə görə, ABŞ prezidentinin kim olmasından asılı olmayaraq Amerikanın Azərbaycan siyasəti dəyişməyəcək və eyni qalacaq.

Zərdüşt Əlizadə: "Azərbaycan hökumətinin bir siyasəti var"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00
Direct-ə keçid

Siyasi şərhçi Azər Rəşidoğlu bildirir ki, Barak Obamanın prezidentliyi və ondan əvvəlki dövrdə Azərbaycanda demokratiya, insan haqqları və Qarabağ məsələsində Amerikanın siyasətinin rolu olmayıb. Onun sözlərinə görə, Azərbaycan heç vaxt Amerika üçün prioritet olmayıb.

Ekspert deyir ki, Obamanın prezidetliyi dövründə Azərbaycanda demokratik qüvvələr,mətbuat sıradan çıxarıldı. Siyasi şərhçi inanmır ki, ABŞ-da prezidentin kim olması Amerikanın regiondakı siyasətinə ciddi təsir göstərə bilər.

Azər Rəşidoğlu : "Azərbaycan heç vaxt Amerika üçün prioritet olmayıb"
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG