Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il dekabr 1-də 1 milyard 442.3 milyon manata yüksəlib.
Mərkəzi Bankın məlumatına görə, bu, noyabrın 1-i ilə müqayisədə 66.7 milyon manat çoxdur.
2015-ci ilin 11 ayı ilə müqayisədə keçən ilin eyni dövründə problemli kreditlər 212.7 milyon manat artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı ötən ilin noyabrında 8.9, oktyabrında 8.7, ilin əvvəlinə 6.9, 2015-ci il noyabrında isə 6.6 faiz olub.