Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf, frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin iqtisadi, energetika, mədəniyyət, təhsil və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Buna da bax: ABŞ-ın Minsk qrupundakı yeni həmsədri iş başındadır
Söhbət zamanı Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.