Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 06:54

AŞPA məruzəçilərinin səfər proqramı açıqlanıb


AŞPA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin məruzəçiləri Stefan Schennach (Avstriya) və Cezar Florin Preda-nın (Rumıniya) Azərbaycana səfərinin proqramı açıqlanıb.

Bundan öncə AŞPA bildirib ki, onlar Azərbaycanda yanvarın 12-dən 14-ə kimi olacaqlar. Səfərdə məqsəd ölkənin Avropa Şurası (AŞ) qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir.

AŞPA-nın mətbuat xidməti yanvarın 10-da bildirib ki, məruzəçilərin parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının sədri, parlamentüzvləri ilə görüşləri planlaşdırılır.

Assambleya nümayəndələri Azərbaycan tərəfinin təsdiqindən sonra ölkə prezidentilə görüşməlidirlər.

Bundan əlavə, onlar vətəndaş cəmiyyətinin, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə görüşəcəklər.

Azərbaycan, hələ də, Assambleyanın monitorinqi altında olan 9 AŞ ölkəsindən biridir. Bu prosedur hakimiyyətlə daimi dialoq, müntəzəm hesabatlar və AŞ qarşısında öhdəliklərin yerinə yetirilməsində irəliləyişlə bağlı vaxtaşırı debatları əhatə edir.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.

Multimedia

XS
SM
MD
LG