Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:38

ABŞ-da Rusiyaya qarşı hərtərəfli sanksiyalar hazırlanıb


John McCain, Bill Nelson və James Clapper

ABŞ senatorlarının, Rusiyaya qarşı “hərtərəfli sanksiyalar” layihəsi elan edəcəkləri gözlənilir. Reuters agentliyinin məlumatına görə senatorlar bunun, Moskvanın ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi ilə bağlı olduğunu deyirlər.

Qanun layihəsini respublikaçı John McCain və Robert Menendez hazırlayıblar.

Layihə bu gün təqdim edilməlidir.

Respublikaçı Lindsey Graham bir gün əvvəl bildirmişdi ki, senatorlar seçkiyə qarışdığına görə Rusiyanı hesab verməyə məcbur etmək üçün Trumpa imkan vermək fikrindədirlər.

ABŞ-ın xüsusi xidməti yanvarın 6-da Rusiyanı seçkiyə qarşımqda ittiham edən hesabat yayıb.

Moskva Vaşinqtonun ittihamını rədd edir.

XS
SM
MD
LG