Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 14:39

Atəşkəslə bağlı 10 yanvar açıqlaması


Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 40 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonundan Qazax rayonunun Kəmərli, Qaymaqlı, Berd rayonundan Tovuz rayonunun Ağbulaq, Ağdam və Əlibəyli kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin də vurulduğu açıqlanıb.
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonununHoradiz kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırırlar.

XS
SM
MD
LG