Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 05:20

Kəşfiyyat Trump-ı inandırdı


Donald Trump

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump kəşfiyyatın Rusiyanın seçkiyə müdaxiləsi haqda ittihamlarını qəbul edir.

Bunu Respublikaçıların Milli Komitəsinin keçmiş sədri, D.Trump-ın idarə heyətinin başçısı Reince Priebus deyib.

İndiyə qədər D.Trump Rusiya haqda deyilənləri rədd edir, bunların onun qələbəsiylə razılaşmayanların uydurması olduğunu bildirirdi.

Kəşfiyyat Moskvanın Birləşmiş Ştatlarda seçkinin nəticələrinə təsir etmək, D.Trump-ın qələbəsini təmin etməkdən ötrü xüsusi tədbirlərə, haker hücumlarına əl atdığını və bunun təsdiqləndiyini elan edib.

Respublikaçı senator Lindsey Graham yeni prezidenti Rusiyanı cəzalandırmağa çağırıb. D.Trump-ın tənqidçisi kimi tanınan L.Graham deyib ki, D.TrumpAğ evdə çalışmağa başlayanda, azad dünyanın müdafiəçisi vəzifəsini unutmamalıdır. O, Rusiyanı cəzalandırmasa, gələcəkdə İran, yaxud Çin eyni hərəkəti edəcək.

XS
SM
MD
LG