Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:42

Rüfət Səfərov 9, Tofiq Həsənli 6 saylı həbsxanaya köçürülüb


Rufət Səfərov (sağ) vəkili Bəhruz Bayramovla
Rufət Səfərov (sağ) vəkili Bəhruz Bayramovla

Yanvarın 6-da keçmiş müstəntiq Rüfət Səfərov və satirik şair Tofiq Həsənli ayrı-ayrı həbsxanalara köçürülüb. Vəkili Bəhruz Bayramovun "Azadlıq.info"-ya dediyinə görə, müdafiə etdiyi Rüfət Səfərov Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

.Son günlər Rüfət Səfərovun saxlandığı kameraya 25 illik məhkumun salındığı bildirilirdi. Buna görə onun həyatı ilə bağlı müəyyən narahatçılıqlar yaranmışdı. Keçmiş müstəntiqin vəkili, atası və Müdafiə Komitəsi onun yerinin dəyişdirilməsi ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdilər.

Vəkil Elçin Sadıqov da facebook səhifəsində müdafiə etdiyi satirik şair Tofiq Həsənlinin yanvarın 6-da 6 saylı həbsxanaya göndərildiyini yazır.

Satirik şair Trofiq Həsənli
Satirik şair Trofiq Həsənli

„Bu gün danışdıq. Hər kəsə salam söylədi və gec də olsa söz azadlığına dəstək olan, söz azadlığının önəmini başa düşən dostların keçmiş bayramlarını təbrik etdi“.

XATIRLATMA

Rüfət Səfərov 2015-ci il dekabrın 20-də ölkədə qanunsuzluqların baş verdiyini bildirərək, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.İstefanın ardınca həmin prokurorluqda yoxlama və onun yaşadığı kirayə mənzildə axtarış aparılıb. Ötən il yanvarın 15-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb və Rüfət Səfərov həbs olunub. Bir həftə sonra - yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin edib.

2016-cı il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Buna da bax: Satirik şair: ‘84 yaşlı xəstə anamı gözüyaşlı qoymayın’

Tofiq Həsənli 2016-cl il oktyabrın 13-də yoxa çıxmışdı. Yaxınları iki gündən sonra xəbər tutmuşdular ki, T.Həsənli saxlanıb.

Tofiq Həsənlinin işlədiyi ticarət obyektində ona məxsus külli miqdarda narkotik aşkar olunduğu deyilirdi. Şair Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və satma - küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirdi.

Satirik şairin ailə üzvlərinin bildirməsinə görə, maddi problemlər üzündən uzun müddət ona vəkil tuta bilməyiblər. Onlar şairin tənqidi şerlərinə görə şərləndiyini düşünürlər.

T.Həsənli bu il avqustun 22-də mühakimə edilib və 6 il azadlıqdan məhrum olunub. O, KİV-də hakimiyyət və dövlət məmurlarının ünvanına tənqidi fikirləri ilə tanınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG