Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

12 kredit ittifaqının lisenziyası ləğv olunub


Manat

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 12 kredit ittifaqının lisenziyasını ləğv edib. Qərarı palatanın Direktorlar Şurası verib.

Bu haqda MBNP-nin yanvarın 6-sı yaydığı məlumatda bildirilir.

Lisenziyaları ləğv olunanlar «Arzu», «Azəri İnvest», «Cənub», «Ceyhun», «Compass», «F.A.S», «Həkəri», «Kredo-İnvest», «Real», «Tərəkəmə», «Tural» və «Yardımlı» kredit ittifaqlarıdır.

Lisenziyaların ləğv edilməsinə səbəb kimi hesabatlıq qaydalarına riayət olunmaması və 2015-ci ildə kənar auditin aparılmaması göstərilir.

«Palata bank sektorunda aktiv siyasət və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də xüsusi nəzarət rejimi tətbiq etməyə davam edir. Kredit təşkilatlarının normativ və mövcud qanunvericiliyin tələblərinə riayət etməməsi hallarına qarşı adekvat tədbirlər görülür»,- deyə məlumatda qeyd edilir

Ötən il isə Azərbaycanda 10-dan çox bankın və bir neçə sığorta şirkətinin lisenziyası əlindən alınıb.

Multimedia

XS
SM
MD
LG