Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 15:38

Bakıda "Axtarış" yaradıcılıq akademiyası yaradılıb


"Axtarış" yaradıcılıq akademiyası.

BAKIDA "AXTARIŞ" yaranıb.

Bu günlərdə Paytaxtda yenicə yaranmış müstəqil yaradıcılıq emalatxanası artıq fəaliyyətə başladı.

“Axtarış” adı altında fəaliyyət göstərən emalatxanada peşəkar səviyyədə sənətə yiyələnmək istəyənlər, ixtisaslaşmış, təcrübəli müəllimlər tərəfindən dərs alacaqlar. Emalatxanada, aktyor sənəti ( iki proqram əsasında : abituriyent və peşəkar hazırlıq), rejissor sənəti ( iki proqram əsasında: abituriyent və peşəkar hazırlıq), milli və klassik rəqs, aktyor sənətində döyüş texnikası, plastika, bədən dili, gimnastika, nitq mədəniyyəti, rəssamlıq və dizayner, fotoqrafiya sənəti və ssenari yaradıcılığı tədris olunur.

Buna da bax: Qolumuzu kəsməsələr – ƏSA Teatrının hesabatı

Tam kursu bitirən tələbələrə sertifikat təqdim olunacaq. Gələcəkdəki fəaliyyətləri üzrə istiqamətləndiriləcəklər.

Qeyd edək ki, "Axtarış" yaradıcılıq emalatxanasının bədii rəhbəri, respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Pərviz Məmmədrzayevdir.

"Axtarış" yaradıcılıq emalatxanasının təqdimat videosu.

Günün bütün mövzuları

XS
SM
MD
LG