Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:20

Yeni ilin ilk hərracında da dollar bahalaşdı


Dollar

Yanvarın 5-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.7707 məzənnəsi ilə başlayıb və 1.7742 ilə yekunlaşıb.

2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Ötən il oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır.

2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt ABŞ dolları Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.

XS
SM
MD
LG