Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:26

Bir ildə 26 faiz qeyri-döyüş itkisi çox deyilmi?


Qarabağda cəbhə xəttində Azərbaycan əsgəri

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir ki,ötən il Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 147 hərbi qulluqçu ölüb. Onların109 nəfəri döyüş, 38 nəfəri isə qeyri-döyüş itkisidir.

Azərbaycan Silahlı Qüvvələrinin 109 hərbiçisi cəbhə xəttində erməni tərəfinin açdığı atəş nəticəsində həlak olub ( bəziləri mina partlayışından ölüb).

Bundan başqa, 4 hərbçinin avtomobil qəzası, 5 hərbçinin xəstəlik, 10 hərbiçinin intihar, 3 hərbiçinin ehtiyatsızlıq, 5 hərbiçinin bədbəxt hadisə, 8 hərbiçinin əsgər yoldaşının açdığı atəş, 4 hərbiçinin isə naməlum səbəbdən dünyadan köçdüyü qeyd edilir.

Belə çıxır ki, ölümlərin 26 faizi qeyri-döyüş itkisidir. Bu qədər qeyri-döyüş itkisi çox deyilmi? 8 hərbçi əsgər yoldaşının gülləsindən ölüb. 10 nəfər intihar edib. Bu, necə normal hesab oluna bilər?

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli deyir ki, bəlkə də atəşkəs imzalandığı ildən bu yana ilk dəfə olaraq bu sayda itkilər qeydə alınıb. Onun sözlərinə görə son 14 ilin statistikası onu göstərir ki, Azərbaycanda ümumilikdə qeyri-döyüş itkilərinin sayı 64 faizdir. 14 ilin statistikasına görə 36 faiz döyüş itkisidir.

Hərbi ekspert deyir ki, son 14 ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 1044 hərbi qulluqçu həyatını itirib. Onun sözlərinə görə daha çox ölüm halları qeyri-nizamnamə hadisələri nəticəsində baş verib. Cəsur Sümərinli bu halların qarşısını almaq üçün təkliflər də verir.

Cəsur Sümərinli :"14 ilin statistikası daha pisdir"
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00
Direct-ə keçid

Hərbi ekspert Azad İsazadə deyir ki, qeyri-döyüş itkiləri sayından və faizindən asılı olmayaraq anormal hadisə kimi qeyd olunmalıdır. Ekspertin sözlərinə görə buna qarşı hansısa formada mübarizə aparmaq lazımdır.

Azad İsazadə bildirir ki, əvvəllər qeyri-döyüş itkilərinin sayı daha çox idi. Hərbi ekspert təəssüflə qeyd edir ki, qeyri-döyüş itkilərinin sayını azaltmaq üçün bu hadisələr ciddi araşdırılmalı olsa da bunun nəticələri barədə ictimaiyyətə məlumat verilmir.

Azad İsazadə: "qeyri-döyüş itkiləri sayından və faizindən asılı olmayaraq anormal hadisədir"
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu ilki göstərici rəqəmlərin çox olmasına baxmayaraq əvvəlki illərdən fərqlənir. Onun sözlərinə görə buna səbəb aprel ayında cəbhə xəttində baş verən toqquşmada həyatını itirən hərbi qulluqçulardır.

Ekspertin fikrincə son illər müsbətə doğru xeyli dəyişiklik olsa da problemlər də hələ qalmaqdadır.

Üzeyir Cəfərov: "əvvəlki illərdən fərqlənir..."
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Hərbi ekspert Emin Həsənlinin fikrincə il ərzində Azərbaycan ordusunun xüsusilə ötən ilin aprel ayında böyük uğurları olsa da, bütün dünya ordularında olduğu kimi qeyri-döyüş şəraitində də itkiləri olub. Onun sözlərinə görə, heç bir ordu rəhbərliyi tabeliyində olan əsgərin burnunun qanamasını istəməz. Ekspert deyir ki, amma belə hadisələr də bəzən qaçılmazdır və heç bir ordu bundan sığortalanmayıb.

Emin Həsənli bildirir ki, dövlət də, silahlı qüvvələrin rəhbərliyi də maksimum çalışır ki, belə hallar baş verməsin. Onun sözlərinə görə belə hadisələrin heç olmayacağını demək mümkünsüzdür. Sadəcə qarşısını almaq, minimuma endirmək üçün çalışmaq lazımdır.

Emin Həsənli: "heç bir ordu rəhbərliyi əsgərin burnunun qanamasını istəməz"
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG