Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:04

Azərbaycan 14 ildə 1044 hərbçisini itirib


Azərbaycan əsgəri

«2003-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1044 hərbi qulluqçusunu itirib».

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı statistik bilgilərdə belə yazılır.

Həmin bilgilər Azərbaycanda mətbuatının monitorinqinin nəticələrinə əsaslanır.

İnstitut qeyd edir ki, onlardan 365 nəfəri Ermənistan silahlı bölmələrinin gülləsindən, mina və sursat partlayışından həlak olub.

679 nəfəri isə qeyri-döyüş itkiləridir.

Ümumilikdə, 2003-2016-cı illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı isə 800 nəfərdən artıq göstərilir.

İtkilərlə bağlı rəqəmlərin sosial şəbəkələr, media üzərində aparılan davamlı monitorinqlər nəticəsində ortaya çıxdığı bildirilir.

İnstitutun təxmini hesablamalarına görə, 1994-cü ilin may ayından – Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 4000 nəfərdən artıqdır.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu Almaniyada fəaliyyət göstərir. Onu azərbaycanlı ekspert Cəsur Sumərinli yaradıb.

XS
SM
MD
LG