Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:22

Obama Erdoğan-a başsağlığı verib


Barak Obama və Recep Tayyip Erdoğan

ABŞ prezidenti Barack Obama Türkiyədə baş vermiş son hadisələrə görə həmkarı Recep Tayyip Erdoğan-a başsağlığı göndərib. Ağ evdən verilən məlumata görə, prezidentlər telefonla danışıblar. Onlar ölkələrinin terrorla mübarizədə bir mövqedə dayanmalı olduqlarını vurğulayıblar.

B.Obama həm İstanbulda gecə klubuna, həm də Kayseridə türk əsgərlərinə hücuma görə təəssüfləndiyini bildirib.

Yanvarın 1-də İstanbulda gecə klubuna hücum nəticəsində 39 adam ölüb. Dekabrın 17-də isə Kayseridə hücum 13 əsgərin ölümünə səbəb olub. Klubdakı hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD), Kayseridəkinə görə Kürd İşçi Partiyası-PKK üzərinə götürüb.

B.Obama R.T.Erdoğan-la söhbəti zamanı həm də Türkiyənin Suriyada sülhə nail olmaq cəhdlərini, eləcə də Suriya hökumətiylə qiyamçılar arasında danışıqların bərpasını alqışladığını bildirib.

XS
SM
MD
LG