Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:46

'Terrorla heç bir əlaqəm yoxdur' - 'Reina qətliamçısı' danışdı


Iakhe Mashrapov

İstanbulda gecə klubuna hücumda günahlandırılan adam Qırğızıstanda yaşayır və heç nədən xəbəri olmadığını deyir.

Qırğızıstan hökuməti pasportunun şəkilləri sosial medianı dolaşan Iakhe Mashrapov-un biznesmen olduğunu, hazırda ölkənin Oş vilayətində, Qarasu şəhərində yaşadığını bildirib. İstanbul hadisələrindən sonra onu həm türk, həm də qırğız rəsmiləri dindiriblər. Məlum olub ki, Iakhe Mashrapov, doğrudan da, İstanbulda olub və Bişkekə yanvarın 3-də İstanbuldan uçub. Polis onu saxlayıb dindirdiyindən hətta uçuş bir saatlığa təxirə salınıb. İndi pasportunun şəklinin Türkiyə mətbuatında və sosial mediada dolaşmasının səbəbi, onun mətbuatın əlinə hansı yolla keçməsi biznesmenə aydın deyil.

Yanvarın 1-də bir silahlı şəxs İstanbulun məşhur «Reina» klubuna hücum edərək, camaatı güllələyib, 39 nəfəri öldürüb, 70-ə yaxın yaralı var.

Cinayətkar qaçıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb və silahlı şəxsi «xilafətin qəhrəman əsgəri» adlandırıb.

XS
SM
MD
LG