Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 04:07

Maksim Qorki 100 il öncə Bayramla Qiyasdan nə yazmışdı?


"Heykəl məhbusları" Qiyasəddin İbrahim və Bayram Məmmədov.

Musayev Elnur Bədəl

Maksim Qorkinin "Ana" romanı və Bayramla Qiyas

Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahı-nəzəri-xəlqə dutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,
Həm də doğru olaraq şərh edək əhvalımızı,
Xəlq tədbiq eləsin halımıza qalımızı,
Anlasınlar da, nolur, qayeyi-amalımızı,
Hər kimin qəlbi qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Mirzə Ələkbər Sabir

İsanın yolunda adamlar ölümə getməsəydilər, İsa da olmazdı!

Xalq ayağa qalxanda cəzalar böyük olacaq. Xalq öz yaralarını yumaq üçün çox qan tökəcəkdir. Bu qan xalqın öz qanıdır, onun damarından sorulubdur, qan sahibi odur

Əsas məqsəd isə insanları bir -birinə yaxınlaşdırmaqdır.

Maksim Qorki

Tədqiqatçı, ədəbiyyatşünas Elnur Musayev Bədəl.
Tədqiqatçı, ədəbiyyatşünas Elnur Musayev Bədəl.

"Heykəl məhbusları" Bayram və Qiyas 10 il müddətinə azadlıqdan məhrum edildilər.

Onlar cəmiyyətdə hökm sürən haqsızlığa, sosial ədalətsizliyə etiraz elədilər, məhz etiraz elədikləri üçün də həbs olundular. Heykələ şüar yazdıqlarına görə, vandalizmə görə yox (hərçənd ki mən bunun da əleyhinəyəm, bəlkə də səhv düşünürəm, ancaq bu mənim şəxsi fikrimdir), narkotika ittihamı ilə həbs olundular.

Nədənsə bütün bu hadisələr, xüsusilə Bayramın məhkəmədə dediyi son sözlər mənə Maksim Qorkinin "Ana" əsərini xatırlatdı. Düzdü hər bir bədii əsəri real həyatdan ayırmaq lazımdır. Qəhrəmanı da həyat yaratdığı üçün onu romanlarda yox həyatda axtarmaq lazımdır. Ancaq Maksim Qorki dediyi kimi ədəbiyyat həyatın inikasıdır. Məhz buna görə də həmin əsərə müraciət etmək istəyirəm. Atası ölən Pavel Vlasov tez bir zamanda mübarizəyə qoşulur və birinci dəfə həbs olunur, həbsdən çıxandan sonra isə öz mübarizəsinə, əqidəsinə sadiq qalaraq mübarizəyə qaldığı yerdən davam edir. Və may ayında bayrağı qaldıraraq öz etirazını bildirir və ikinci dəfə həbs olunur. Maraqlıdır ki, Pavel və onun silahdaşlarına ideyalarını həyata keçirmək üçün həyatı əzab-əziyyətlə keçən Pavel Vlasovun anası da onlara köməklik edir, qəzetləri, kitabçaları, təbliğat üçün nəzərdə tutulan vərəqələri paylayır, oğlu həbsdə olarkən bu missiyanı sanki öz üzərinə götürür. Oğlunun dostlarını da öz övladı bilir. Və sonda məhkəmədə Pavel Vlasov silahdaşları, əqidə dostları ilə bir yerdə sürgün olunurlar. Pavel Vlasovun məhkəmədə tutarlı, kəsərli bir nitq söyləyir:

Maksim Qorkinin "Ana" romanının azərbaycancası.
Maksim Qorkinin "Ana" romanının azərbaycancası.

“Biz sosialistik. Bunun mənası odur ki, biz insanları bir-birindən ayıran, onları bir-birinə qarşı silahlandıran, barışmaz mənafe ziddiyyəti yaradan, bu ziddiyyətləri gizlətmək və ya doğrultmaq üçün yalanlar yayan və hamını yalan, riya və ədavətlə zəhərləyən xüsusi mülkiyyətin düşməniyik. Biz deyirik ki, insanı özünün varlanması üçün yalnız bir alət hesab edən cəmiyyət insanlığa ziddir, bizə düşməndir, biz bu cəmiyyətin ikiüzlü və yalançı əxlaqı ilə barışa bilmərik; onun şəxsiyyətə qarşı olan həyasız və yırtıcı münasibətinə biz nifrət edirik və belə cəmiyyət tərəfindən insanın, hansı şəkildə olur-olsun, cismani və mənəvi əsarət altına alınmasına qarşı, tamahkarlıq xatirinə insan qüvvəsinin parçalanması üçün işlədilən bütün üsullara qarşı biz mübarizə etmək istəyirik və edəcəyik... biz öz insanlıq ləyaqəti uğrunda mübarizə hüququndan məhrum edilmiş adamlarıq, hər kəs öz məqsədlərinə çatmaq üçün bizi özünə alət eləməyə çalışır və buna müvəffəq olur, biz indi elə bir azadlıq əldə etmək istəyirik ki, o bizə gələcəkdə bütün hakimiyyəti ələ almaq imkanını versin. Bizim şüarımız sadədir- rədd olsun xüsusi mülkiyyət, bütün istehsal vasitələri xalqa verilsin, bütün hakimiyyət xalqın əlində olsun, hamı işləsin. Siz görürsünüz ki, biz qiyamçı deyilik”.

Buna da bax: 'Normal ölkədə bu gənclər heykəl yazsaydı...'

Əsərin qəhramanı son sözlərini isə hakimlərin üzünə şillə kimi çırpır: “Mən şəxsən sizə toxunmaq istəmirdim, əksinə, sizin məhkəmə adlandırdığınız bu məsxərədə biixtiyar iştirak etməklə, mənim sizə demək olar ki, yazığım gəlir, hər necə olsa siz adamsınız, biz isə məqsədimizə düşmən də olsalar, adamları zülmə xidmət etməklə bu dərəcəyə qədər alçaldılmış, öz insanlıq ləyaqətini bu dərəcəyə qədər itirmiş görəndə acıyırıq....”

Məhkəmənin sonunda öz haqqlarını tələb edən Pavel və onun silahdaşlarına hökm oxunur. Məhkəmə bitir. Sonrakı hadisələri Maksim Qorki belə təsvir edir: “Pavelin anası məhkəmədən çıxır.

Məhkəmə binasının qabağında isə birdən on nəfərə qədər cavan oğlan və qız onların ətrafını alır və adamların diqqətini cəlb edən nidalar bir-birini ardınca yağdırılır. Məhkəmənin hökmündən, müttəhimlərin özlərini necə apardığından, kimin nə barədə nitq söylədiyindən soruşurdular, - bütün suallarda da eyni şiddətli maraq sezilirdi, səmimi və qızğın olan bu maraq onu cavabsız qoymamağa vadar edirdi.

Kim isə yavaşdan:

- Həzərat! Bu, Pavel Vlasovun anasıdır! - deyə qışqırdı və birdən olmasa da, tezliklə hamı susdu.

- Əlinizi sıxmağa izin verin!

Birinin möhkəm əli ananın barmaqlarını sıxdı, bir başqası isə həyəcanla dedi:

- Sizin oğlunuz bizim hamımız üçün mərdlik nümunəsi olacaqdır...”

Pavelin nitqini tezliklə yaymaq, oğlunun sözlərini bütün yer üzünə saçmaq şiddətlə ananın qəlbində çırpınmağa başlayır

Pavel Vlasovun həmin nitqi çap olunaraq insanlara paylamaq üçün Ana bu vəzifəni öz üzərinə götürür və bu işin öhdəsindən gəlir. Öz qanı bahasına gəlir. Sonda həbs olunur, təhqir olunur, döyülür, ancaq öz istəyinə nail olur. Və ananın dediyi son sözlərlə roman bitir:

- Oğlumun sözləri fəhlə adamın, pula aldanmaz vicdanın pak sözüdür. Pula satılmaz vicdanı onun cəsarətilə tanıyın!

- Oyanmış qəlbi öldürə bilməzlər! Şüuru qanla boğa bilməzlər! Qan dəryaları ilə həqiqəti söndürə bilməzlər

Roman bitir, həyat isə davam edir. Və sonrakı hadisələr də insanlar öz ideyaları uğrunda, öz həqiqətləri uğrunda, xalqın həqiqəti uğrunda öz istəklətinə nail olurlar.

Bəyəm Pavel Vlasov kimi Bayram da öz sözünü məhkəmədə daha cəsarətlə demirmi? Bayramın anası da oğlunun həbsindən sonrakı çıxışı ilə bizə Maksim Qorkinin təsvir etdiyi Ananı xatırlatmırmı?

Öz etirazını bildirmirmi? Oğlunun yolunu davam eləmiş olmurmu? OLUR!

Bizdə Azərbaycan baş verən hadisələr artıq roman deyil, həyatdır. Həyat isə davam edir. Əlbəttə bu həyatı qələmə almağa, romana çevirməyə Azərbaycanın Maksim Qorkisi, Tolstoyu, Hüqosu yoxdur. Azərbaycan ədəbiyyatı susur. Ədəbiyyatın susması nə deməkdir? Məncə, bu suala Saltıkov-Şedrin gözəl cavab verir: Ədəbiyyatın bir dəqiqə susması, bir xalqın ölümünə bərabərdir. Məhv olmaq qanunları ədəbiyyata şamil deyil, yalnız ədəbiyyat əbədidir.

Azərbaycanda isə mübarizə davam etsə də həmişə məğlubiyyətlə nəticələnəcək. Niyəsini yuxarıda göstərsəm də, yenə də aydınlıq gətirməyi məqsədəuyğun hesab edirəm.

Son günlər bəzi şair və yazıçılar tərəfindən Bayram və Qiyasın, xüsusilə də Bayramın ünvanını qərəzli fikirlər söylənilməkdədir.

Buna da bax: Şəhriyar del Gerani: 'Müxalifət nazirliyindən xahiş edirəm gəncliyi bu günə qoymasınlar'

Bilirsiniz, insan üçün mənəviyyatdan yüksək heç bir şey ola bilməz: nə mal, nə dövlət, nə pul, nə villa, nə milyon - heç bir şey olmaz. Bunlar hamısı dünyada gəldi-gedər şeylərdir. İnsanı yüksəldən, insanı insan edən və insanı vətəndaş edən, vətənpərvər edən onun mənəviyyatıdır. Əgər vətənpərvərlik boş şeydirsə onda Cəlil Məmmədquluzadəni oxumaq nəyə lazımdır? Əgər vətənpərvərlik boş şey olsaydı L.Tolstoy "Hərb və sülh" əsərini yazmazdı. Biri də var mənliyin tapdalanan ölkədə vətənpərvərlik. Bax Bayram və Qiyasın da etirazını bu istiqamətdən dəyərləndirmək, qiymətləndirmək lazımdır. Nekrasov demişkən şair olmaya bilərsən vətəndaş olmaq borcundur. Yazıçı ola bilərsən, əgər sənin mənəviyyatın yoxdursa sən artıq faciəsən, sən artıq xalqın faciəsisən. Yazıçı, şair olmaq hələ hələ böyük mənəviyyat sahibi olmaq demək deyil.

Yazıçı və şairin vəzifəsi Bayram və Qiyasın məhkəmədə hansısa söylədiyi nitqi müzakirə etmək, onların hərəkətlərini müzakirə etmək deyil. Yazıçının vəzifəsi, hədəfi məhkəməni ifşa etməkdir. Necə ki, bunu böyük L.Tolstoy “Dirilmə” əsərində edirdi, məhkəmələri ifşa edirdi.

L.Tolstoy yazırdı: “Məhkəmənin məqsədi cəmiyyəti indiki vəziyyətində saxlamaqdan ibarət olduğu üçün həm ümumi səviyyədən yuxarıda durub cəmiyyəti qaldırmaq istəyən və siyasi canilər adlanan adamları, həm də cəmiyyətdən aşağı olub, cani tiplər adlandıranları təqib və edam edir. Məhkəmənin məqsədi mövcud qayda-qanunu müdafiə etməkdir.

...oğru bilir ki, hökumət onu qarət edir, bilir ki, biz torpaq sahibkarları kəndliyə çatacaq torpağı onun əlindən almaqla onu artıq çoxdan qarət eləmişik, sonra o, bu oğurlanmış torpaqdan öz sobasını yandırmaq üçün çır-çırpı topladıqda biz onu həbsxanaya salırıq və inandırmağa çalışırıq ki, sən oğrusan. Axı o bilir ki, oğru o deyildir, oğru torpağı onun əlindən alan adamdır və oğurlananın hər növlə əvəzini çıxmaq öz ailəsi qarşısında borcudur”

Buna da bax: Seymur Baycan. Qorki qayıdır

Bəli Vüqtor Hüqo demişkən, günahın keçdiyi yolu nəzərdən keçirmək lazımdır.

Yazıçının vəzifəsi, hədəfi hakimləri ifşa etməkdir. Necə ki, bunu böyük Viktor Hüqo “Paris Notr Dam kilsəsi” romanında göstərirdi, hakimləri ifşa edirdi. Hüqo hakimləri təsvir edərək deyirdi ki, o yalnız kar deyil, həm də kor olmuş, nümunəvi hakim üçün zəruri olan iki əsas şərti təmin etmişdi”

Yazıçının, şairin vəzifəsi , hədəfi cəmiyyətdə qanunların işləməməsini ifşa etməkdən ibarət olmalıdır.

Yazıçı özünün təbliğ etdiyi Qərb yazıçıları kimi öz millətinin gələcəyi üçün strateq olmalıdır.

İnsan vicdanı olan varlıqdır, gərək vicdanını qapı arasında qoymasın öz etiraz səsini öz içində boğmasın. Bu yazını yazmaqda məqsədim Bayram və Qiyasın həbsinə etirazımı bildirməkdi. Etirazımı indiki hakimiyyətə, hakimlərə, bu həbsə günahkar olan hər kəsədir. Vicdanımın tələblərinə cavab vermək üçün bu yazımla etiraz edirəm. Etirazım özünə bəy deyib, Bayram və Qiyasın, xüsusilə Bayramın hesabına ucuz qalmaqal, sensassiya,”düşüncə” yaradan şair və yazıçılaradır.

Viktor Hüqonun belə bir sözü var: mənim arıqlamağımın hesabına kökələn insanlar. Mən isə dünyanın böyük şairi M.Ə.Sabirin sözləri ilə bitirirəm. Millət arıqladıqca kökəlir ətin sənin.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG