Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:00

Türkiyə Suriyada əməliyyatları gücləndirəcəyinə söz verir


Türkiyə ordusu Suriyada

Türkiyə İstanbula hücumlara baxmayaraq, Suriyada əməliyyatları gücləndirəcəyinə, kürd və «İslam Dövləti» (İŞİD) yaraqlılarına qarşı vuruşacağına söz verib.

«Sərhədlərdən o tərəfdə əməliyyatlar aparılacaq... həm də daha qərarlı şəkildə». Bunu Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş deyib. Onun sözlərinə görə, İstanbulda gecə klubuna basqın İŞİD-in Ankaraya mesajıdır. «Amma nə olur, olsun, Türkiyə bu terror təşkilatlarının təhlükəsi sovuşmayana qədər əməliyyatlarını davam etdirəcək».

Yanvarın 1-də İstanbulda gecə klubuna hücum edən silahlı şəxs 39 adamı öldürüb. Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb, Türkiyənin Suriyada əməliyyatlarına cavab verdiyini bildirib.

XS
SM
MD
LG