Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 19:40

Suriya qiyamçıları sülh danışıqlarından imtina etdilər


Qiyamçılar.

Suriyada qiyamçılar sülh danışıqlarına daha qatılmayacaqlarını elan ediblər. Səbəb, onların dediyinə görə, hökumətin razılaşmaya əməl etməməsidir.

Suriyada atəşkəs dekabrın 30-dan başlayıb. Amma yanvarın 2-də ordu Dəməşq və Hələb yaxınlığında əməliyyatlar aparıb, əsgərlər bununla həmin şəhərlərin su mənbələrinin təhlükəsizliyini qorumağa çalışdıqlarını deyiblər.

Qiyamçıların bəyanatında deyilir ki, Rusiya, Türkiyə, yaxud İranın arxa durduğu istənilən qüvvələr, eləcə də hökumət ordusunun əlavə torpaqlara yiyələnmək cəhdləri sülh haqda razılaşmanı pozur.

«Rejim və onun müttəfiqləri atəş açmaqda və geniş, həm də çoxlu sayda pozuntulara yol verməkdədir... Yüz minlərlə adamın həyatı təhlükə altındadır». Azad Suriya Ordusunun başçılığı altında döyüşən 10-a yaxın qiyamçı qruplaşmanın imzaladığı bəyanatda belə deyilir.

Razılaşmaya görə, atəşkəs alınarsa, Rusiya, Türkiyə və İran yanvarda Astanada Suriyada sülhün bərpası danışıqlarına başlamalıdırlar. Qiyamçıların prosesdən uzaqlaşması danışıqların gələcəyini sual altında qoyub.

XS
SM
MD
LG