Böyük britaniyanın nazirlər kabineti baş nazir Theresa May-i, breksiti əngəlləyəcəyi halda lordlar palatasını buraxmaq və ya onun səlahiyyətlərini azaltmağa çağırıb.
Bu barədə yanvarın 2-də “Daily Mail” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu plan Ali Məhkəmənin breksitlə bağlı gözlənilən qərarı fonunda hazırlanır.
Məlumata görə məhkəmə, prosesə başlanması üçün hər iki palatanın razılığı olması barədə qərar çıxara bilər.
Lordlar palatasının əksəriyyəti ölkənin Avropa Birliyindən çıxmasını dəstəkləmir.
Nazirlər kabinetindəki 2 mənbədən qəzetə bildirilib ki, hökumət Britaniya xalqının iradəsinə hörmət edilməsi üçün buna kəskin reaksiya verməlidir.
Qeyd edək ki, ötən il iyulun 23-də keçirilən referendumda ölkə sakinlərinin 51,9 faizi Avropa Birliyindən çıxmağa səs verib.