Yerevanda rusiyalı mayorun meyiti tapılıb.
Bu barədə yanvarın 2-də TASS agentliyi məlumat yayıb.
45 yaşlı mayır Viktor Emelyanovun cəsədi yanvarın 1-i axşam saatlarında Yerevandakı “Drujba” hotelindəki nömrələrdən birində aşkar edilib.
Məlumata görə o, Ermənistandakı Rusiya hərbi bazalarından birinin baş qərərgah rəsinin müavini imiş.
İlkin tibbi ekspertizanın nəticəsinə görə,Emelyanovun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı istintaq işi başlayıb.
Həmin hərbi hissə Rusiyanın Cənub hərbi dairəsinə daxildir.
Ermənistan ərazisindəki Rusiya bazaları 1995-ci ildə Moskvayla Yerevan arasında imzalanmış müqavilə əsasında fəaliyyət göstərir.
2010-cu ildə bu razılaşmaya, bazaların müddətinin 25 ildən 49 ilə uzadılması ilə bağlı düzəliş edilib, yəni 2044-cü ilədək.