Yanvarın 3-ü Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada 0-4, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.
Ölkənin rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.