Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 16:44

"Neft lənəti" nədir və xalqları necə geriyə salır - bu kitab izah edir


Bakının Balaxanı qəsəbəsində neft buruqları ətrafında oynayan uşaqlar.

"Neft lənəti" nədir və xalqları necə geriyə salır - bu kitab izah edir

“Neft lənəti”, ya da “resurs lənəti” – təkcə siyasi termin deyil, həm də sosioloji araşdırma mövzusudur. Bu haqda müxtəlif bədii və sənədli filmlər çəkilib, hətta kitab da yazılıb. Oxu Zalı ABŞ-ın Kaliforniya Universitetinin Professoru Michael Ross-un neft lənətinin cəmiyyətlərin mədəni, iqtisadi inkişafını necə əlindən aldığı haqda kitabından bəhs edən məqaləni təqdim edir.

Michael Ross-un "Neft lənəti" kitabının üz qabığı.
Michael Ross-un "Neft lənəti" kitabının üz qabığı.

Michael Ross-un 2012-ci ildə çapdan çıxmış “Neft lənəti: Xam neft xalqların inkişaf yoluna necə təsir edir” (The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations) kitabı əminliklə deyə bilərəm ki, Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran oxucuları üçün olduqca önəmlidir. Kitab neft zəngini olan ölkələrin xalqlarının niyə kasıb və təhsilsiz, hökümətlərininsə anti-demokratik olduğu – sualına cavab axtarır.

Buna da bax: İlham Əliyev: «Deyirdilər Azərbaycanı «neft lənəti» gözləyir»

Tez-tez qarşılaşdığımız siyasi təhlillər göstərir ki, təbii sərvətlərlə zəngin olan ölkələr (təbii sərvətləri az olan ölkələrə nisbətən) təkcə daha az demokratik deyil, həm də mədəni, iqtisadi inkişafdan geri qalırlar və bir qayda olaraq vətəndaş müharibələri, cəhalət, mədəni gerilik girdabında boğulurlar. Michael Ross kitabında varlı ölkə və kasıb, təzyiqlər altında yaşayan xalq anlayışını qısaca “bolluq paradoksu”, “resurs lənəti” də adlandırır. Ross-a görə “bolluq paradosku” hüquq və demokratiyanın oturuşmuş institutlarını qurduqdan sonra neftlə tanış olmuş Norveç, Danimarka, İngiltərə və ABŞ-a aid deyil, daha çox demokratikləşməylə yenicə tanış olmuş və uzun müddətdir təbii sərvət zəngini olan ölkələrdə qarşılaşılır.

Stanford Universitetinin professoru Larry Diamonda görə isə neftin qiymətlərinin artması ilə demokratikləşmə arasında tərs mütənasib əlaqə mövcuddur. O dünyada ən iri neft ixracatçısı olan 23 ölkəni tədqiq edib və belə nəticəyə gəlib ki, bu ölkələrin heç birində hələ oturuşmuş demokratik təsisatlar qurulmayıb.

Buna da bax: 'Neftdən asılı bu ölkəni külək yıxmaz, Sarsar buruq, yıxar dayaq'

Michael Ross kitabında yazır ki, “neft lənətinin” əsas səbəbi avtoritar rejimlərin əlində olan ərazilərd neft aşkarlandıqdan sonra rejimlərin qanunsuz yollardan istifadə edərək neft gəlirlərini gizlətməsiylə başlayır. Gizlədilən neft gəlirlər sonradan avtoritar rejimləri saxlamağa sərf olunur və beləliklə xam neftin qiyməti artdıqca, neft zəngini ölkələrdə, söz azadlığı, mətbuat azadlığı, azad və qanuni seçkilər, sərbəst toplaşmaq azadlığı, hökümətin hesabatlılığı, məhkəmələrin azadlığı, qanunların işləkliyi, partiyalar və qeyri-hökümət təşkilatlarını qurmaq azadlığı kobudca pozulur. Ancaq müəllif düşünür ki, bu qayda ancaq Şərqdəki neft zəngini müsəlman ölkələrinə aiddir, Latın Amerikası ölkələri bundan sığortalanıb. Belə ki, günümüzdə Latın Amerikası ölkələrində zəngin neft resursların heç cür avtoritar rejimlərin ayaqda qalmasına yardımçı ola bilmir. Bunun səbəbləri dəqiq məlum olmasa da, Latın Amerikası ölkələrində əmlak bərabərsizliyinin həddsiz yüksəkliyi ilə izah etmək olar. Müəllif hesab edir ki, nə vaxtsa demokratiya təcrübəsi olmuş və güclü həmkarlar ittifaqları olan ölkələrdə hakimiyyət neft satışından əldə olunan gəlirləri gizlədə bilmir.

Nəticədə demokratik ölkələrdə icraedici orqanlarına qoyulmuş məhdudiyyətlər ortaya çıxmış neftlə zəngin yataqlardan geninə-boluna istifadə etməyə imkan vermir. Orta aylıq gəlirin az olduğu Rusiya, İraq yaxud Venesuela kimi ölkələrdə icraedici orqanlar hüdudsuz hakimiyyətə sahibdir, hakimiyyət başına güclü bir lider gələn kimi idarəetmə sisteminə qoyulan məhdudiyyətləri aradan qaldırır və tezliklə demokratik institutlar erroziyaya uğramağa başlayır.

Qədim demokratiləşmə ənənələri olan varlı ölkələrdə isə neft gəlirlərinin artması halıda belə, bu ölkə rəhbərliyinin yenidən seçilməsinə mane olmur, demokratik institutlar neft gəlirlərindən əziyyət çəkmir.

Buna da bax: Əvvəl neft olub, neft Tanrıda olub, Tanrı neft olub

Professor Ross həmçinin “neft lənəti”nin davam etdiyi cəmiyyətlərdə modernləşmənin önünün kəsildiyinin sübutu kimi belə ölkələrdə qadınların iqtisadi və siyasi haqqlarının kişilərə nisbətən daha az olması faktını irəli sürür. Sən demə, əksər neft ixrac edən ölkələrdə (adətən bu ölkələrdə neft-qaz istehsalı sahələrində çoxlu yeni iş yerləri yaradılır) qadınların iş tapması daha çətin olur. Müəllifin fikrincə bu problem daha çox Yaxın Şərq və Şimali Afrika ölkələrində yayılıb. Meksika, Suriya və Norveç kimi ölkələr isə hökümət bu problemin fərqindədir və qadınları işçi qüvvəsi kimi başqa sahələrdə işlərə cəlb etməyə çalışır. Qadınların cəmiyyətdə kifayət qədər təmsil olmaması, onların seçkili orqanlara seçilməsinin məhdudlaşmasına gətirib çıxarır və bu da öz növbəsində cəmiyyəti mədəni, demokratik geriliyə sürükləyə bilir. - deyə müəllif kitabında qeyd edir.

XS
SM
MD
LG