Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 19:25

Parlamentin həmrəylik müraciəti


Milli Məclis

Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciət qəbul edib.

APA-nın xəbərinə görə, müraciəti bu gün, dekabrın 30-u parlamentin toplantısında vitse-spiker Bahar Muradova oxuyub.

«Böyük Azərbaycan xalqının övladlarının milli amallara sədaqətini təcəssüm etdirən Həmrəylik günündə hamınızı ürəkdən salamlayırıq. Ölkəmizin tarixində xüsusi yeri olan 31 dekabr bizə xalqımızın bu günü və gələcəyi üçün hər birimizin məsuliyyət daşıdığını xatırladır. Ümummilli maraqlar naminə sıx birləşmək, söz və əməl birliyinə nail olmaq əzmimizə güc verir. 25 il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Həmrəylik gününün dövlət səviyyəsində təməlinin qorunması xalqımızın «Birlikdən qüvvət doğar» əqidəsinin müasir dövrün çağırışları şəraitində gerçəkləşməsinə zəmin yaratdı»,-deyə müraciətdə qeyd edilir.

1989-cu il dekabrın son günlərində Azərbaycanın bir sıra bölgələrində milli azadlıq hərəkatının fəallarının təşkilatçılığı ilə əhali İran İslam Respublikası ilə sərhəd dirəklərini dağıdıb. Onlar bununla Azərbaycan xalqının iki hissəyə bölündüyünü dünya ictimaiyyətinə çatdırmaq istəyirdilər.

1992-ci ildən isə 31 dekabr Azərbaycanda Milli Həmrəylik günü kimi qeyd edilir. Bununla bağlı ovaxtkı prezident Əbülfəz Elçibəy sərəncam verib.

XS
SM
MD
LG