Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:26

O.Əsədov N.Bordyuzha-nın 'xətrinə' dəymir


Oqtay Əsədov

Deputat Qüdrət Həsənquliyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolai Bordyuzha-nın «Dağlıq Qarabağ Respublikası» ifadəsi işlətməsinə münasibət bildirib.

«Report»un xəbərinə görə, Milli Məclisin dekabrın 30-da keçirilən plenar iclasında Q.Həsənquliyev deyib ki, Azərbaycan KTMT-yə üzv olan ölkələrə onun baş katiblikdən uzaqlaşdırılması ilə bağlı müraciət etməlidir: «Biz nə qədər onun Rusiyanın mövqeyinə zərbə vuran açıqlamalarına dözməliyik. Azərbaycan İsraillə Türkiyə arasında münasibətlərin daha da yaxşılaşmasına çalışmalıdır».

Spiker Oqtay Əsədov deputata cavab olaraq bildirib ki, KTMT-nin baş katibi Nikolai Bordyuzha-nın fikrini şişirtməyə ehtiyac yoxdur: «Onun fikri Rusiyanın mövqeyi deyil. Kiminsə fikrinə görə belə addım atmaq olmaz. Azərbaycan dəqiq siyasət həyata keçirir. Məsələni genişləndirməyə ehtiyac yoxdur».

Dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində silahlı insident baş verib. KTMT baş katibi N.Bordyuzha bu insidentə görə, Azərbaycan tərəfini ittiham edib. O, Dağlıq Qarabağdakı separatçı rejimi «Dağlıq Qarabağ Respublikası» adlandırıb. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb.

KTMT-ni 2002-ci ildə MDB-yə daxil olan 6 ölkə yaradıb. Bu Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandır. Azərbaycan MDB-yə üzv olsa da, KTMT-yə qoşulmayıb.

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG