Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bayram günlərinə aid hava proqnozunu açıqlayıb.
Məlumatda qeyd edilir ki, dekabrın 31-i Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Yarımadada gecə 3-6, gündüz 6-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Yeni ilin ilk günü də yağıntı gözlənilmir. Gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı bildirilir.
Yanvarın 2-də isə gecə 1-3, gündüz 5-8 dərəcə isti təxmin edilir.
RAYONLARDA
Dekabrın 31-i, əsasən, şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti proqnozlaşdırılır.
Yanvarın 1-də də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı bildirilir. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti olacağı açıqlanıb.
Yanvarın 2-də isə yağıntı gözlənilmir. Gecə 0-4, gündüz 6-11 dərəcə isti təxmin edilir.