Dünya bazarında eftin qiyməti qalxmaqda davam edir.
London birjasında Brend markalı neftin bareli 0,40% bahalaşaraq 57,05 dollar olub.
Bu son 1 il ərzində ən yüksək göstəricidir.
Neftin bahalaşması ABŞ-da hasilatın azalması fonunda baş verir.
Belə ki, son həftə ərzində ABŞ-da hasilat 20 min barel azalaraq sutka ərzində 8,766 milyon barelə düşüb.
Qeyd edək ki, OPEK-ə üzv və üzv olmayan ölkələr bu yaxınlarda, 2017-ci ilin yanvarından gündəlik neft hasilatının 558 min barel azaldılması barədə razılıq əldə ediblər.
Bundan sonra birjalarda neftin qiymətinin bahalaşdığı müşahidə olunur.