Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:50

Carlos Tevez dünyanın ən çox maaş alan futbolçusu oldu


Carlos Tevez

Argentinalı hücumçu Carlos Tevez dünyada ən çox maaş alan futbolçu oldu.

Bu onun Çinin “Şanxay Qrinlend Şenxua” klubuna keçməsindən sonra baş verib.

“Daily Mail” in yazdığına görə, 32 yaşlı futbolçu yeni klubunda həftəyə 615 min avro alacaq.

Tevez bununla Madridin “Real” klubunda həftəyə 365 min avro qazanan portuqaliyalı hücumçu Cristiano Ronaldonu keçib.

Peşəkar futbola 16 yaşında Argentinanın “ Boka Xunior” klubundan başlayan Tevez, Braziliyanın “ Korintians”, İngiltərənin “Vest Hem”,”Mançester Yunayted”, “Mançester Siti” və İtaliyanın “Yuventus” klublarında oynayıb.

Argentina millisində keçirdiyi 76 oyunda 13 dəfə fərqlənib.

XS
SM
MD
LG