Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 08:20

MTN generallarının işi icraata verilib


Eldar Mahmudov

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəislərinin cinayət işi icraata verilib.

Söhbət Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova,həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdan gedir.

APA-nın xəbərinə görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Onların ümumilikdə 21.5 milyon manatlıq əmlakına həbs qoyulub. Həmin şəxslər 20-dən artıq maddə ilə ittiham edilirlər. Bura qanunsuz azadlıqdan məhrum etməkdən tutmuş, bir sıra ağır iqtisadi cinayətlər daxildir.

Xatırlatma

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov və daha 3 nəfərin hazırda məhkəməsi gedir.

A.Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Multimedia

XS
SM
MD
LG