Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:59

'Pensiya verməyə pul tapmırlar, 100 milyon oyunlara verirlər'


arxiv fotosu
arxiv fotosu

2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 100 milyon dollar xərclənməsi nəzərdə tutulur.Bunu gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirilən mətbuat konfransında bildirib.“Turan” Agentliyinin xəbərinə görə, bu məbləğin 60 mln. dollara yaxını 2016-cı ildə xərclənib, qalan məbləğ 2017-ci ilə nəzərdə tutulub.

Əvvəla,bu 100 milyon nəyə xərclənəcək? Böyük xərc aparan stadion, idman kompleksləri artıq tikilməyibmi?

İkincisi, maaşı, pensiyanı verməyə pulun tapılmadığı vaxtda bu oyunların yeridirmi?

Yeri gəlmişken, İkinci Avropa Oyunlarına ev sahibliyi edəcek Belarusun prezidenti Lukaşenko 20 gun qabaq Azərbaycana lağ edirdi ki, Avropa Oyunlarinda təkcə açılışa 100 milyon dollar xərcləyiblər. Lukaşenko deyirdi ki, bu, normaldırmı? - cavab verirdi ki, yox.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirir ki, həmin vəsait daha çox texniki məsələlərə sərf olunacaq. Onun sözlərinə görə, ayrılan 100 milyon dollara mərasimin açılış və bağlanışı, işçilərin əmək haqqı, ölkəyə gələcək idmançıların xərcləri daxildir.

Səmayə Məmmədova:"açılış və bağlanış, işçilərin əmək haqqı, ölkəyə gələcək idmançıların xərcləri"
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ola bilsin ki, 100 milyon dollar gələn il bir neçə 100 milyon manatla ifadə olunsun. Ekspert indiki halda bu qədər vəsaitin idman yarışlarına ayrılmasını məqsədə müvafiq hesab etmədiyini bildirir.

Onun sözlərinə görə iş yerlərinin azaldığı, əhalinin sosial problemləri getdikcə artdığı və ölkənin özünün borclandığı halda bu yarışın Azərbaycanın iqtisadiyyatına töhfə verəcəyinə inam yoxdur. Ekspert deyir ki, bu addım iqtisadi cəhətdən səmərəli deyil.

Qubad İbadoğlu: "ola bilsin ki, 100 milyon dollar gələn il bir neçə 100 milyon manat olsun"
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə indiki dövrdə büdcədə yaranmış problemin bir qisminin həlli üçün kommunal xərcləri artırmaq qərarına gedən hökumət ən azından utanmalıdır ki, belə bir yarışlara bu günki məzənnə ilə 177 milyon manat vəsait ayırır.

Ekspert deyir ki, bir yarışın keçirilməsi üçün bu qədər vəsaitin ayrılmasının məqsədəuyğun olub-olmamasının cavabını hökumət verməlidir. Onun sözlərinə görə bir yarışa bu qədər vəsiatin ayrılması və eyni zamanda kommunal xərclərin artırılması heç bir məntiqə sığmır.

Natiq Cəfərli: "kommunal xərcləri artırmaq qərarına gedən hökumət ən azından utanmalıdır ..."
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG