Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

'Azərbaycan' Nəşriyyatı icarə haqlarını artırır


İlham Əliyev «Azərbaycan» Nəşriyyatında

«Azərbaycan» Nəşriyyatının binasında yerləşən redaksiyalar və digər təşkilatlar üçün icarə haqları artırılıb.

«Report»un xəbərinə görə, nəşriyyat bununla bağlı elan yayıb.

Elanda qeyd olunub ki, son vaxtlar respublikada enerjidaşıyıcıların qiymətlərinin artması səbəbindən «Azərbaycan» Nəşriyyatı redaksiya və digər təşkilatlarla bağlanmış kommunal xərclərin ödənilməsi haqqında müqavilə qiymətlərinə dəyişiklik etmək məcburiyyətindədir.

Bununla əlaqədar, gələn il yanvarın 1-dən etibarən kommunal xərclərə görə müqavilə qiymətləri 36 faiz artırılacaq.

«Nəşriyyatın rəhbərliyi həmin tarixdən etibarən kommunal xərclərin yeni qiymətlərlə ödənilməsini xahiş edir. 2017-ci il üçün müqavilələr bağlanana qədər debitor borclarının ödənilməsi vacibdir»,-deyə elanda qeyd edilir.

Tarif Şurası noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətlərini qaldırıb.

XS
SM
MD
LG