Moldovanın yeni prezidenti İgor Dodon müdafiə naziri Anatol Shalaru-nu işdən azad edib.
Bu barədə prezident dekabrın 27-də özünün rəsmi “Feysbuk” səhifəsində yazıb.
Qeyd edək ki, rusiyapərəst prezident İgor Dodon dekabrın 23-dən səlahiyyətlərinin rəsmi icrasına başlayıb.
O, hələ seçkiqabağı kampaniyalar zamanı Rusiya ilə keçmiş strateji tərəfdaşlığın bərpa ediləcəyini vəd etmişdi.
Keçmiş müdafiə nazirini NATO-ya rəğbətdə günahlandıran Dodon hesab edir ki, bu vəzifəni tutan adam neytral olmalıdır.
“Bütün bu kimi hallar, açıq-aydın müdafiə nazirinin qarşısında duran tapşırıqlar və ölkənin suverenliyinə sığmır”,deyə o vurğulayıb.
Dodon hesab edir ki, müdafiə naziri vəzifəsini peşəkar, vicdanlı və ölkə naminə çalışan insan təyin edilməlidir.
Bundan bir gün əvvəl isə Avropa Birliyi bayrağının prezidentin iqamətgahından götürülməsi barədə məlumat yayılmışdı.
Şərhlər (1)
Daha çox şərh göstər