Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:42

Bolqarıstan prezidenti: “Moskva Avropa Birliyini zəiflətməyə çalşır”


Rosen Plevneliev

“Moskva Avropa Birliyini zəiflətməyə çalşır”.

“Deutche Welle” nin məlumatına görə, bunu “Frankfurter Allgemeinen Zeitung” qəzetinə müsahibəsində Bolqarıstan prezidenti Rosen Plevneliev deyib.

Onun sözlərinə görə, Rusiya Avropa əleyhinə partiyalar və KİV vasitələrinin maliyyələşdirilməsi, habelə Avropa dəyərlərinə qarşı təbliğat da da daxil olmaqla müxtəlif üsullarla Avropa Birliyini zəiflətməyə çalışır.

Prezident qeyd edib ki, Rusiya keçmiş SSSR-nin məqsədlərini təbliğ edir: “Avropanı zəiflətmək, demokratiya və qanunun aliliyi ətrafında şübhələri genişləndirmək”.

Plevneliev bildirib ki, Avropa Birliyi baş verənlər və Rusiya təbliğatlarının nəyə yönəlməsindən xəbərdar olmalıdır.

Bolqarıstan prezidentinin səlahiyyətləri 2017-ci ilin yanvarında sona yetir.

Bu ilin noyabrında ölkədə keçirilən prezident seçkisində sosialistlərin namizədi və hərbi-hava qüvvələrinin keçmiş generalı Rumen Radev qalib gəlib.

Seçkidə, sağ-mərkəzçi partiyasından prezidentliyə namizəd olmuş Cecka Cačeva Radevi rusiyapərəstlikdə günahlandırır.

Radev ittihamı rədd edir.

Həmçinin Moskva dəfələrlə Avropa Birliyi ölkələrində seçkilərə təsir göstərmək və birliyi zəiflətməklə bağlı ittihamları rədd edib.

XS
SM
MD
LG