Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 18:02

Çiskinli yağış gözlənir


Bakı

Dekabrın 28-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gecə və səhər bəzi yerlərdə çiskinli yağış gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 1-4, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da ciddi yağıntının olmayacağı bildirilir. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskinli yağış gözlənilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG