Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55

Milli Məclisin sektor müdirinin qətliylə bağlı məhkəmə başladı


MM

Milli Məclis Aparatının sektor müdiri Fəridə Məcidovanın ölümü üzrə məhkəmə başlayıb. Bu qətlə görə məhkəmə qarşısına çıxarılan isə F.Məcidovanın həyat yoldaşı Məzahir Qasımidir.

Bu qətli Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər heyəti araşdırır.

Dekabrın 27-də hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, işin məhkəmə baxışına verilməsi müəyyənləşdirilib. Məhkəmə baxışı isə yanvarın 5-nə təyin olunub.

Ümumilikdə 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləmiş Fəridə Məcidova bu il sentyabrın 9-da yaşadığı evdə baltalanıb. Hadisədən bir müddət sonra onun həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb. O, mülkiyyətlə əlaqədar mübahisə zəminində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə suçlanır.

XS
SM
MD
LG