Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:48

Aziz Nesinin kitabları Türkiyədə ildə 100.000, 70 ildə 11 milyon nüsxə satılıb


Türk yazıçı Aziz Nesin.
Türk yazıçı Aziz Nesin.

Türk satirik yazıçısı Aziz Nesinin kitablarının müəllif haqqlarının sahibi "Aziz Nesin Fondu"nın yaydığı məlumata görə, 1946-cı ildə ilk dəfə nəşr olunan Aziz Nesin-in kitablarından o zamandan indiyə kimi Türkiyədə 10 milyon 780 min nüsxə satılıb.

Buna da bax: Ziyalı “Mənə nə?”, “Nəyimə lazımdır?” deyə bilməyən adamdır

Fondun yaydığı açıqlamada deyilir ki, "Bu hər on min adamdan birinin mütəmadi kitab oxuduğu ölkəmiz üçün qeyri-adi göstəricidir. Qəzet və bankların özlərini reklam etmək üçün hədiyyə etdikləri və 1982-ci ildən bəri kiçik bröşürlər şəklində sellə-sular kimi satılan kitabları saymasaq, Aziz Nesinin ən çox məşhurlaşdığı 1955-ci ildən sonranı nəzərə alsaq aşağıdakı statistik məlumatlarla qarşılaşırıq:

- Aziz Nesinin illik kitab satışları 100.000 nüsxədir

- Adam başına alınan Aziz Nesin kitabları illik hər min nəfərə 2,37 kitabdır.

- Aziz Nesinin ən çox kitabı 175-ci ildə satıldı, onda satılan 278 min kitabdan, Türkiyə əhalisinin hər min nəfərinə 6,89 kitab düşürdü.

- Aziz Nesinin dünyasını dəyişdiyi 1995-ci ildə 214 min kitabı satılıb.

- 2005-ci ildə Nesin nəşriyyatı yaradılandan sonra, yazıçının ildə 130 min kitabı satılıb.

- Son beş ildə yazıçının hər ilə təqribən 166 min kitabı satılıb".

Buna da bax: Əziz Nesinin ölümdən qayıtdığı gün - 2 iyul

"Aziz Nesin Fondu" həmçinin xəbər verir ki, ilbəildən Aziz Nesinin kitabları daha çox satılır, əgər əvvəllər ildə ortalama 100 min nüsxə Aziz Nesin kitabı satılırdısa, son beş ildə bu rəqəm 166 minə yüksəlib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG