Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 14:48

Noyer dünyanın ən yaxşı qapıçısı oldu


Manuel Neuer

“Bavariya”nın qapıçısı Manuel Noyer (Manuel Neuer) 2016-cı ilin ən yaxşı qapıçısı seçilib.

Bunu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının keçirdiyi sorğunun nəticələri göstərir.

30 yaşlı Noyer 56 ölkədən olan jurnalistlər və idman mütəxəssislərinin qatıldığı sorğuda 156 xal toplayaraq ardıcıl dördüncü dəfə hamını qabaqlayıb.

İtaliya millisi və “Yuventus”un qapıçısı Canluici Buffon isə 91 xalla ikinci olub.

Portuqaliya yığması və “Sportinq”in qapıçısı Rui Patrisio isə 50 xalla üçüncü olub.

XS
SM
MD
LG