Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 23:16

Kürdpərəst partiyanın sədr müavini Ankarada həbs edildi


Foto arxiv

Türkiyədə kürdpərəst Xalq Demokrat Partiyasının sədr müavini Aysel Tuğluk dekabrın 26-da Ankarada saxlanıb.

Onu şəhər prokurorluğunun terrorla mübarizə şöbəsinin əməkdaşları həbs edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Aysel Tuğlukun Diyarbəkirə göndəriləcəyi bildirilir.

Qeyd edək ki, indiyədək partiyanın sədri Səlahəddin Dəmirtaş da daxil olmaqla partiyanın təxminən 15-ə yaxın üzvü həbs olunub.

Türkiyə hakimiyyəti bu partiyanı kürdlərin terrorçu PKK təşkilatı ilə bağlılıqda ittiham edir.

XS
SM
MD
LG